Modern.az

İctimai Palata: “Rəsul Quliyevin müraciətinə baxılacaq”

İctimai Palata: “Rəsul Quliyevin müraciətinə baxılacaq”

Təhsil

30 İyul 2012, 13:18

“Mən Rəsul Quliyevi başa düşə bilmirəm”


Son zamanlar mətbuatda eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının İctimai Palataya qoşulacağı haqda müxtəlif məlumatlar yayılmaqdadır. Bu istiqamətdə ACP sədri Sülhəddin Əkbərin mütəmadi olaraq Koordinasiya Şurasının üzvləri ilə görüşlər keçirdiyi və Rəsul Quliyevin təkliflərini müxalifət funksionerilərinə çatdırdığı bildirilir. Bəs, İctimai Palata necə, Rəsul Quliyevi öz sıralarında görmək istəyirmi?

Modern.az
bu sualla İctimai Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Aslanlıya müraciət edib. İctimai Palataya qoşulmaqla bağlı ACP rəsmilərinin görüşlər keçirməsindən xəbərdar olan G.Aslanlı məsələnin Koordinasiya Şurasında müzakirə olunmadığını bildirib.

“Görüşlər haqqında mən də eşitmişəm. Amma Koordinasiya Şurasında bununla bağlı müzakirə olmayıb. Məndə olan məlumata görə, Rəsul Quliyevin partiyasından da rəsmi müraciət yoxdur. Biz ümumiyyətlə, İctimai Palatanın genişlənməsinin tərəfdarıyıq. Amma, Rəsul Quliyev kimi Amerikada yaşayaraq, İctimai Palataya heç bir faydası olmayan siyasətçinin partiyasının İctimai Palataya nə üçün gəlmək istədiyini anlamıram”, - deyə G.Aslanlı qeyd edib.

İP rəsmisi həmçinin bildirib ki, Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası rəsmi şəkildə müraciət edərsə, buna baxılacaq:

“Kimliyindən aslı olmayaraq İctimai Palataya daxil olan istənilən müraciətə baxılmalıdır. Rəsul Quliyevin də partiyası İctimai Palataya qoşulmaq üçün müraciət edərsə, onların da müraciətinə baxıb müvafiq qərar veriləcək”.

Qeyd edək ki, son günlər İctimai Palataya eks-spikerin  qoşulması ilə bağlı təşkilatda müxatəlif narazılıqların olduğu və hətta bir çox AXCP nümayəndələrinin İP-dən istefa verdiyi bildirilir.

Anar RÜSTƏMOV
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü