Modern.az

“Rəsmi qurumlardan Elçibəyin ailəsinə müraciət edən olmayıb”

“Rəsmi qurumlardan Elçibəyin ailəsinə müraciət edən olmayıb”

Təhsil

30 İyul 2012, 15:41

Eks-prezidentlər haqqında qanunun təsdiqindən bir aydan artıq vaxt keçsə də, hələki onun icrasına başlanılmayıb.

Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev bu məsələ ilə bağlı Modern.az-a açıqlamasında qanunun icrasının başlanmamasından narahat olduğunu bildirib. Onun sözlərinə görə, artıq bir aydan çoxdur ki, sözügedən sənəd ölkə başçısı tərəfindən öz təsdiqini tapsa da, qanunun icrası ilə bağlı mərhum prezidentin ailəsinə müraciət edən yoxdur. “Hələlik bir dəfə də olsa bu məsələyə görə, Elçibəyin ailəsinə müraciət edən olmayıb. Biz də gözləyirik. Heç bir quruma müraciət etməmişik, nə də bu haqda fikirləşirik. Gözləyirik. Hər halda prezident bu haqda sərəncam veribsə, gec-tez məcbur olub icra edəcəklər”, - deyə A.Əliyev bildirib.

Qeyd edək ki, eks-prezidentlər haqqında qanuna müvafiq olaraq əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydaları müəyyən ediləcək. Qanuna görə, keçmiş prezidentin ailəsi hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər (7500 manat) aylıq pensiya almalıdır. Keçmiş prezidentə  üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir. Sənəddə digər imtiyazlar da nəzərdə tutulub.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü