Modern.az

Elnur da, Rüstəm də, Əfqan da bizimdir, amma… hesab sormalıyıq

Elnur da, Rüstəm də, Əfqan da bizimdir, amma… hesab sormalıyıq

Aktual

1 Avqust 2012, 14:26

Nə yazıq ki, onlar və simalarında olimpiya oyunlarına vəsiqə qazanmış idmançılarımız hələ ki, bizə gözlədiyimiz qələbə sevincini yaşada bilməyiblər. Hələ də üzündəki kədər dolu təəssüf hisslərini unuda bilmədiyim Rüstəm, 3 cəhdin heç birində 142 kq. ağırlığı qaldıra bilməyən Əfqan, o cümlədən Ramilə, Kifayət və bir çox idmançılarımızın məğlubiyyətləri ilə barışa bilməsək də, olimpiya çempionu, saymaqla medalları, ad və təltifləri bitib-tükənməyən Elnur Məmmədlinin uğursuzluğuna heç cür haqqa qazandırmalı deyilik. O, da eynilə Namiq Abdullayev və Fərid Mansurov ənənəsini davam etdirdi. Olmalı deyildi… Namiq, Fərid və digər olimpiya mükafatçıları kimi Elnura da çox böyük imkanlar yaradılmışdı. Bax, elə bu imkanlar müqabilində o, bunu etməli deyildi. Başa düşürük: bu idmandır, udmaq da olar, uduzmaq da. Amma cüdo ölkəsi sayılmayan dövlətin təmsilçisinə, adı doğru-dürüst idman ictimiayyətinə tanış olmayan hansısa bir kanadalıya uduzmaq qətiyyən yolverilməzdi.

Pekində olimpiya rektordunu qırmağa nail olmuş Elnur, tatamiyə çıxdığı ilk görüşdəcə uduzmaq yox, əksinə, ona yaradılmış maksimum imkanlar qarşılığında xalqımıza qəbəbə sevinci yaşatmalı idi. Bəlkə də məğlubiyyət şokundan ayılmamış Məmmədliyə qarşı bu cür yazıların qələmə alınması insani nöqteyi-nəzərindən düzgün deyil. Təbii ki, o nüfuzunu saxlamaq, növbəti dəfə çempion olmaq istərdi. Amma etmədi, edə bilmədi…
Buna nə ad verirlər-versinlər - istəyirlər desinlər ki, ilk görüşün həyacanı idi, istəyirlər desinlər ki, «başına gəlməyən başmaqçı olmaz», nə bilim özündənrazılıq, şan-şöhrəti də bu sıraya əlavə edə bilərlər. Nə olursa-olsun, maraqlı olanı nəticədir.
Nəticə də göz qabağında. Bizə düşən isə etiraz səsimizi ucaltmaq, milyonların ümidlərini puça uğratmış dünənin milli qəhrəmanından, onun məşqçilərindən haqq-hesab sormaqdır. Uğursuzluğunun səbəbi soruşulan Elnur: «mənim sözüm yoxdur. Məğlubiyyətin səbəbini izah edəbilmərəm” deyib. 
Amma etmək lazımdır, Elnur! Bunun səbəbləri barədə düşünmək və nəinki düşünmək Pekindən Londona qədər 4 ilin hesabatını vermək lazımdır!  Uğursuzluğunu həzm edə bilməyən insanlara cavab verməyə söz tapmaq lazımdır.

Mən qətiyyən Elnuru gözdən salmaq, ondan «xalq düşməni» obrazı yaratmaq niyyətində deyləm. Sadəcə məsələyə illərdir bayrağımızı qaldırmağa, himnimizi səsləndirməyə nail olan Məmmədlinin bu dəfəki uğursuzluğunu həzm edə bilməyən, ən əsası isə qələbəyə ehtiyacı olan bir xalqın nümayəndəsi kimi yanaşıram.

Elnur unutma: «Uman yerdən küsərlər». Umduq və küsdük. Ramilədən, Kifayətdən, Əfqandan, Sərdardan, Rüstəmdən, Heybətulladan küsdüyümüz kimi… Ən böyük küskünlüyümüz isə səndən oldu. Amma sən bizdən küsmə… Sənə inanan, sənə güvənən insanları başa düş, … Bizim yox, özünün suallarına cavab ver…

Sən perspektivlisən, güclüsən, əsəbi də olsaq, çempionsan!!! Yetər ki, Londonu unut, Pekinə dön… Dön ki, özünü 4 il sonraya kökləyə biləsən!!!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü