Modern.az

Azərbaycanda yoluxanların sayı bu gün də azaldı - 36 nəfər öldü

Azərbaycanda yoluxanların sayı bu gün də azaldı - 36 nəfər öldü

Hadisə

25 Dekabr 2020, 16:36

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 703 yeni yoluxma faktı qeydə alınıb, 4 359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 211 764 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 160 245 nəfər müalicə olunaraq sağalıb, 2 416 nəfər vəfat edib, aktiv xəstə sayı 49 103 nəfərdir.

 

Ölkədə son sutka ərzində 13 300, hazırkı dövrədək isə 2 12 9291 test aparılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü