Modern.az

Güləşçilərimizin Olimpiadada yarışacaqları tarixlər bəlli olub - SİYAHI

Güləşçilərimizin Olimpiadada yarışacaqları tarixlər bəlli olub - SİYAHI

Aktual

1 Avqust 2012, 16:43

XXX Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçilərinin döşək üzərinə çıxacaqları tarix müəyyənləşib. Modern.az-ın məlumatına görə, güləş yarışlarına avqustun 5-də start veriləcək. Yeddi gün davam edəcək “döşək” mübarizəsində ikisi qadın olmaqla Azərbaycan güləşçiləri 13 çəki dərəcəsində öz qüvvəsini sınayacaq. Azərbaycan pəhləvanları Yunan-Roma güləşində  5 çəkidə, sərbəst güləş üzrə isə 6 çəki dərəcəsində olimpiya medalları uğrunda yarışacaq.

Yunan-Roma güləşi – kişilər:

5 avqust, bazar

55 kq – Rövşən Bayramov 
74 kq – Emin Əhmədov 

6 avqust, bazar ertəsi

60 kq – Həsən Əliyev 
84 kq – Saman Təhmasibi

7 avqust, çərşənbə axşamı

96 kq – Şalva Qadabadze

Qadınlar:

8 avqust, çərşənbə

48 kq – Mariya Stadnik

9 avqust, cümə axşamı

55 kq – Yuliya Ratkeviç

Sərbəst güləş üzrə yığmamız:

10 avqust, cümə

74 kq – Əşrəf Əliyev

11 avqust, şənbə

60 kq – Toğrul Əsgərov 
84 kq – Şərif Şərifov 
120 kq – Cəmaləddin Məhəmmədov

12 avqust, bazar

66 kq – Cəbrayıl Həsənov 
96 kq – Xetaq Qazyumov 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü