Modern.az

Xəstələrin aşkarlandığı ərazilər dezinfeksiya edilməlidir - Nazirlik

Xəstələrin aşkarlandığı ərazilər dezinfeksiya edilməlidir - Nazirlik

Aktual

28 Dekabr 2020, 11:54

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Dezinfeksiya stansiyaları (“Bakı şəhər dezinfeksiya mərkəzi” PHŞ və onun bütün Bakı şəhərini əhatə edən 3 rayonlararası bölməsi, Gəncə, Sumqayıt, Mingəçevir. Cəlilabad və Masallı şəhərlərinin dezinfeksiya stansiyaları), digər şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin nəzdində fəaliyyət göstərən dezinfeksiya bölmələri, habelə təsərrüfat hesablı profilaktik dezinfeksiya şöbələri ölkəmizdə yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işlərini həyata keçirən əsas qurumlardır.

 

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Vaqif Abdullayev ölkədə aparılan dezinfeksiya tədbirləri barədə müsahibəsində deyib.

 

O bildirib ki, hər hansı bir yoluxucu xəstəlik hadisəsi barədə ərazilərin gigiyena və epidemiologiya mərkəzlərindən daxil olan məlumatlar (sifarişlər) əsasında yuxarıda qeyd edilən qurumlar tərəfindən xəstəlik hadisəsi baş vermiş məkanlarda (evdə, iş yerində, kollektivdə və s.) tamamlayıcı dezinfeksiya aparılır: "O şərtlə ki, yoluxucu xəstələr həmin məkanlardan xəstəxanalara köçürülmüş olsun. Xəstələrin aşkar edildiyi məkanlarda, evdə, olduğu yerdə və digər ərazilərdə təcrid olunduğu hallarda xəstəyə qulluq edən şəxslər, yaxud simptomsuz xəstələrin özləri tərəfindən cari dezinfeksiya işləri aparılmalıdır. Bu hallarda xəstələrin olduqları ərazilər üzrə dezinfeksiya stansiyaları, gigiyena və epidemiologiya mərkəzləri tərəfindən xəstələrə, xəstə yaxınlarına cari dezinfeksiya aparılması qaydaları barədə metodik köməklik göstərilməlidir.

 

İstənilən idarə, müəssisə və təşkilat profilaktik məqsədlə yerləşdikləri ərazilərin dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, yaxud özəl dezinfeksiya xidmətləri ilə dezinfeksiya işlərinin aparılması üçün müqavilələr bağlaya bilərlər".

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü