Modern.az

2020-ci ildə vəfat edən dünya məşhurları – ADLAR

2020-ci ildə vəfat edən dünya məşhurları – ADLAR

30 Dekabr 2020, 12:54

2020-ci il bəşəriyyət üçün yedkilliklə son dövrlərin ən ağır keçən illərindən biri kimi tarixə düşdü. Koronavirus pandemiyasının yüzminlə can aldığı 2020-ci il bir sıra dünya məşhurlarının ölüm ili kimi də yaddaşlarda qalacaq.

Modern.az 2020-ci ildə vəfat edən dünya məşhurlarının siyahısını təqdim edir

 

Xaqendra Tapa Maqar (4 oktyabr 1992 – 17 yanvar 2020). Nepal sakini, 67,08 santimetr boyu ilə uzun illər dünyanın ən balaca insanı sayılıb.

 

Kobi Brayant (23 avqust 1978 – 26 yanvar 2020). Amerikalı basketbolçu. 20 il ABŞ Milli Basketbol Assosiasiyasında “Los Anceles Leykers” klubunda çıxış edib. Şəxsi helikopertinin qəzaya uğraması zamanı ölüb. Qəzada daha 8 nəfər, o cümlədən basketbolçunun 13 yaşlı qızı və ailə dostları da ölüb.

 

Kirk Duqlas (9 dekabr 1916 – 5 fevral 2020). Hollivudun “qızıl dövrü”nün aktyoru. Sovet İttifaqında daha çox “Spartak” (1960) filmi ilə populyarlıq qazanıb. O, 1996-cı ildə “fəxri Oskar” mükafatı ilə təltif olunub.

 

Hüsnü Mübarək (4 may 1928 – 25 fevral 2020). Misirin 1981-2011-ci illərdəki prezidenti.

 

İrfan Xan (7 yanvar 1967 – 29 aprel 2020). Hollivud və Bollivud aktyoru. “Gecəqondudan olan milyonçu”, “Yenu hörümçək adam”, “İnferno” və s. filmlərdə çəkilib. Hindistanın Padma Şri ordeni ilə təltif olunub.

 

Ennio Morrikone (10 noyabr 1928 – 6 iyul 2020). İtaliyalı bəstəkar və dirijor. Morrikone filmlərə bəstələdiyi musiqiləri ilə dünya məşhurluğu qazanıb. O 2 “Oskar”, 6 “Qızıl Qlobus” və 1 “Qremmi” makafatı laureatıdır.

 

Şon Konneri (25 avqust 1930 – 31 oktyabr 2020). Şotlandiyalı aktyor və prodüser. Daha çox 1962-1983-cü illərdə 7 filmdə oynadığı Ceyms Bond obrazı ilə tanınır. Karyerası boyu 70-dən çox filmdə çəkilib. 1988-ci ildə “Oskar” mükafatına layiq görülüb. 2006-cı ildə kinokaryerasını dayandırmışdı.

 

Xəlifə ibn Salman (24 noyabr 1935 – 11 noyabr 2020). Bəhreyn kral sailəsinin üzvü və ölkənin baş naziri (1970-2020). Tarixdə baş nazir postunu ən uzun müddət icra edən şəxs.

 

Kelli Preston (13 oktybar 1962 – 12 iyul 2020). Amerikalı aktirsa və fotomodel. Daha çox “Cerri Maquayr” və “Əkizlər” filmi ilə tanınır. Aktyor Con Travoltanın həyat yoldaşı olub.

 

Çedvik Bouzman (29 noyabr 1976 – 28 avqust 2020). Amerikalı aktyor. 2016-cı ildə “Qara pantera” obrazı ilə “Qisasçılar” filminin 3 hissəsində çəkilib.

 

Dieqo Maradona (30 oktyabr 1960 – 25 noyabr 2020). Dünya futbolunun əfsanəsi, Argentina yığma komandası ilə 1986-cı ildə Dünya Çempionu olub. 91 matçda 34 qola imza atıb. “Boko Xuniors”, “Barselona”, “Napoli” və “Sevilya” klublarında çıxış edib.

 

Valeri Jiskar d'Esten (2 fevral 1926 – 2 dekabr 2020). Fransanın (1974-1981) 20-ci prezidenti. Bilderberq klubunun üzvüdür.

 

Paolo Rossi (23 sentyabr 1956 – 9 dekabr 2020). İtaliyalı futbolçu. Tarixdə 1982-ci il dünya çempionatında uğurlu çıxışı ilə yadda qalıb. O, turnirdə 6 qola imza ataraq İtaliyanın qalib gəlməsində əsas rol oynayıb və “Qızıl top” mükafatı qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü