Modern.az

Əsirlikdən qayıdan Bayram Kərimov: “Ermənilərin vəhşilikləri bizi sındırmırdı” – ÖZƏL

Əsirlikdən qayıdan Bayram Kərimov: “Ermənilərin vəhşilikləri bizi sındırmırdı” – ÖZƏL

Qarabağ

30 Dekabr 2020, 15:42

“Bu günləri, azad olunacağımı, yenidən vətənimdə olacağımı xəyal belə etmirdim. Əsirlikdə olduğumu biləndə, hər şeyin bitdiyini düşünmüşdüm. Əsirlik mənim üçün son idi”.

 

Bunu Modern.az-a özəl açıqlamasında erməni əsirliyindən azad olunandan sonra bu gün ailəsinə qovuşan Bayram Kərimov deyib.

 

B.Kərimov Füzuli, Şuşa istiqamətlərində döyüşdüyünü və yaralandığını bildirib:

“Yaralanandan sonra huşumu itirmişəm. Ondan sonrasını xatırlamıram. Ayılanda gördüm ki, Ermənistanda, ermənilərin içərisindəyəm. Əsirlikdə olanda ermənilər öz vəhşiliklərini nümayiş etdirirdilər. Amma bu, bizi sındırmırdı”.

 

Keçmiş hərbçi qeyd edib ki, təyyardən düşənə qədər Azərbaycana qaytarılacağı barədə məlumatsız olub:

“Bizi təyyarəyə mindirdilər, heç bilmədik hara aparırlar. Çünki yanımızdakılar ermənicə danışırdılar. Bir də təyyarədn düşəndə anladıq ki, Vətəndəyik. Bu günləri bizə yaşatdığı üçün "dəmir yumruq" sahibi Ali Baş Komandan, cənab İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Qarabağ Azərbaycandır!”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü