Modern.az

Bakıda sərnişin avtobusları bayram günlərində də işləyəcək

Bakıda sərnişin avtobusları bayram günlərində də işləyəcək

31 Dekabr 2020, 00:30

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” müvafiq qərarına uyğun olaraq, ölkə ərazisində olduğu kimi Bakı şəhərində də ictimai nəqliyyatın fəaliyyəti 2021-ci il yanvarın 31-dək yalnız hər həftənin şənbə və bazar günləri dayandırılır.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a bildirilib ki, Yeni il tətili günlərində də bu qərar əsas götürülməklə yanvarın 2-də gecə saat 00:00-dan yanvarın 4-də səhər saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

 

Dekabrın 31-i, eləcə də 2021-ci il yanvarın 1 və 4-də isə müvafiq olaraq həftənin cümə axşamı, cümə və bazar ertəsi günlərinə təsadüf etdiyindən həmin günlərdə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə sərnişinlərin xidmətində olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü