Modern.az

Daşınmaz əmlak tarifləri 2 dəfə artıb 

Daşınmaz əmlak tarifləri 2 dəfə artıb 

Aktual

5 Yanvar 2021, 14:48

“Diqqət benzin və dizelin qiymətinə yönəlib, amma daşınmaz əmlakla bağlı tariflər, o cümlədən evlərin özəlləşdirilməsi tarifləri də 2 dəfə artırılıb”.

Bunu Modern.az-a iqtisadçı Samir Əliyev bildirib.

 

S.Əliyev qeyd edib ki, çoxmənzilli yaşayış binaları üzrə binanın ümumi sahəsinin hər 1 m2 -i 40 qəpik olduğu halda artımdan sonra 85 qəpik olub.

 

Onun sözlərinə görə, qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə:

- sahəsi 100 m2-dək 240 manat (əvvəl maksimum 120 manat) ;

- sahəsi 100 m2-dən 500 m2-dək - max 980 manat (əvvəl 490 manat) ;

Mənzillər üzrə:

- sahəsi 50 m2 -dək (50 m2 daxil) olduqda - 20 manat (əvvəl 12 manat) ;

- sahəsi 50 m2 -dən çox olduqda, hər əlavə 1 m2 üçün 33 qəpik (20 qəpik) olub.


Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə (sahəsi 5,0 ha-dək olduqda):

- pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 manat;

- kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda maksimum 175 manat (Əvvəlki tarifdə vahid tarif olub və maksimum qiymət 66 manat təşkil edib.

Həyətyanı və bağ sahələri üzrə:

- sahəsi 0,12 ha-dək olduqda - 20 AZN (əvvəl 12manat)

- sahəsi 0,12 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün - 1,7 AZN (əvvəl 1 AZN) olub.

Ekspertin sözlərinə görə, orta hesabla bütün qiymətlər 2 dəfə artırılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü