Modern.az

Azad edilən rayonlarda müasir sosial infrastruktur qurulacaq - Nazir

Azad edilən rayonlarda müasir sosial infrastruktur qurulacaq - Nazir

Aktual

8 Yanvar 2021, 15:10

Azadlığına qovuşmuş doğma yurd yerlərimizin bərpası və yenidən qurulması işləri çərçivəsində həmin bölgələrdə müasir sosial infrastruktur qurulacaq.

Modetn.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən iclasda bildirib.


Nazir diqqətə çatdırıb ki, 2020-ci ildə sosial müdafiə və aktiv məşğulluq proqramları əhəmiyyətli dərəcədə genişlənib:

"Bu il biz şəhid ailələri üçün daha böyük həcmdə evlərin verilməsini təmin etməliyik. Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib”.

Nazirin sözlərinə görə, ötən il 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub:

"Artıq yaxın günlərdə bu planın icrası tam başa çatacaq. Dövlət başçısı bu proqramın cari ildə də davam etdirilməli olduğunu, Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəyini bildirib. Bu tapşırığın icrası ilə bağlı işlər Nazirlik tərəfindən yüksək səviyyədə yerinə yetiriləcək.


Ötən il özünüməşğulluq proqramının daha da genişləndirilərək 12 min şəxsi əhatə etdiyini deyən nazir 2021-ci il üçün proqrama bundan daha çox olmaqla 16 min şəxsin cəlb olunması planlaşdırılıb.

“2020-ci ildə daha bir DOST mərkəzi, müasir tələblərə uyğun qurulmuş 6 reabilitasiya müəssisəsi açılıb. Ərazilərimizin işğaldan azad edilməsi uğrunda döyüşlərdə yaralanmış qəhrəman insanlarımızın müalicə tədbirlərindən sonra  kompleks tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmaları üçün müasir reabilitasiya sistemi yaradılıb".


S.Babayev Nazirliyin e-arayış xidmətlərinin sayının daha da artaraq 61-ə (o cümlədən proaktiv xidmətlərin sayının 34-ə) çatdığını deyib, son bir ildə 95 min pensiya, müavinət, təqaüd təyinatının elektron qaydada, proaktiv şəkildə aparıldığını, ünvanlı dövlət sosial yardımı proqramının genişləndirildiyini diqqətə çatdırıb. O bu il də qeyd edilən istiqamətlərdə yeni mühüm işlərin aparılacağını vuğulayıb.

İclasda dövlət başçısının tapşırıqlarının icrası olaraq görüləcək işlər ətraflı müzakirə olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var