Modern.az

“Alibaba”nın qurucusu yoxa çıxdı

“Alibaba”nın qurucusu yoxa çıxdı

Dünya

10 Yanvar 2021, 10:11

Ən zəngin çinli milyarderlərdən biri, “Alibaba”nın qurucusu Cek Ma Çinin maliyyə tənzimləyicilərinin fəaliyyətini, eyni zamanda Çinin texnoloji şirkətlərə qarşı münasibətini tənqid etdikdən sonra oktyabr ayının sonundan bəri ictimaiyyət qarşısına çıxmayıb.

 

Modern.az "BBC" telekanalına istinadla xəbər verir ki, ötən həftə “Telegraph”, “Forbes”, “Financial Times”, “CNN”, “Fox”, “ABC” mətbu orqanları “Milyarderin itməsi”, “Cek Ma haradadır?”, “Cek Ma yoxdur?”başlıqlı məqalələr dərc ediblər.

 

“ABC” televiziya kanalı isə qeyd edir ki, milyarder iki aydan çoxdur ictimaiyyət qarşısına çıxmır. Sonuncu dəfə 31 oktyabrda şirkətlə bağlı tədbirdə iştirak edib.

 

Qeyd edək ki, ötən ilin dekabr ayında Çinin Dövlət Bazar Tənzimləməsi İdarəsi “Alibaba Group” ilə bağlı araşdırma apardığını açıqlayıb. Tənzimləyici şirkətin siyasətinin antimonopol qanunlara uyğunluğunu nəzərdən keçirəcək.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü