Modern.az

Qəzaya uğrayan təyyarədən siqnal alındı

Qəzaya uğrayan təyyarədən siqnal alındı

Dünya

10 Yanvar 2021, 11:58

İndoneziyada havaya qalxdıqdan qısa müddət sonra dənizə çırpılan "Sriwijaya" Hava Yollarına məxsus sərnişin təyyarəsindən  siqnal alındığı bildirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Qərargah rəisi Hadi Tjahjanto, paytaxt Cakartanın şimalında yerləşən Tanjung Priok Limanında qurulan böhran mərkəzindən təyyarədən radar izləməsində güclü siqnallar aldıqlarını qeyd edib. 

 

Tjahjanto, siqnalın alındığı bölgəyə xüsusi dalğıc qruplarının, o cümlədən orduya aid təyyarə və gəmilərin axtarış qurtarma əməliyyatları üçün göndərildiyini bildirib. 

 

Xatırladaq ki, ötən gün Cakarta hava limanından havaya qalxan “Sriwijaya Air” aviaşirkətinə məxsus “Boeing 737-500” sərnişin təyyarəsi uçduqdan bir neçə dəqiqə sonra naməlum səbəbdən dənizə düşüb. Təyyarədə 62 sərnişinin olduğu bildirilib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü