Modern.az

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyada güclü zəlzələ oldu

Dünya

15 Yanvar 2021, 09:00

İndoneziyada güclü zəlzələ baş verib. 6,2 bal gücündə zəlzələ nəticəsində ən az üç nəfər ölüb, 24 nəfər yaralanıb.

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, Qərbi Sulavesi vilayətində təxminən 2 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. Fəlakət nəticəsində 60-dan çox bina dağılıb. Yeraltı təkanlar bir neçə torpaq sürüşməsinə də səbəb olub.

Zəlzələnin episentri Pare-Pare şəhərindən 139 km şimal-qərb məsafədə yerləşib. Təkanların ocağı 8 km dərinlikdə olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü