Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi ölkə yollarındakı hazırkı vəziyyətlə bağlı məlumat yayıb.
Modern.az xəbər verir ki, 22 yanvar saat 10:00-a olan vəziyyət aşağıdakı kimidir:
S/s |
Yolun adı (istiqamətlə)
|
Mövcud vəziyyəti |
1 | Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi | Yağıntı yoxdur, Quba rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
2 | Giləzi - Xızı | Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
3 | Bakı - Qobustan | Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
4 | Qobustan - Şamaxı - Muğanlı | Yağıntı yoxdur, Qobustan və Şamaxı rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
5 | Muğanlı - Ağsu - Yevlax | Yağıntı yoxdur, Muğanlı-Ağsu ərazisində 3-4 dərəcə şaxta var. Ağsu dolaylarında gecə saatlarında buzlaşma olub, yola qum-duz səpilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir.
|
6 | Bakı - Ələt - Hacıqabul | Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
7 | Hacıqabul – Ucar – Yevlax | Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.b |
8 | Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi | Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. |
9 | Muğanlı – İsmayıllı | Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisinə 5-6 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq buzlaşmaya qarşı körpülərə, sərt döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
10 | İsmayıllı - Qəbələ - Oğuz - Şəki | Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 5-6 dərəcə, Qəbələ rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gecə saatlarında güclü şaxta olub, buzlaşmaya qarşı körpülərə, döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
11 | Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəd | Yağıntı yoxdur, Qax rayonu ərazisinə 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
12 | Yevlax – Şəki (Göybulaq) | Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
13 | Gəncə-Daşkəsən-Xoşbulaq | Yağıntı yoxdur, gecə saatlarında 12-16 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
|
14 | Şəmkir - Gədəbəy | Yağıntı yoxdur, gecə saatlarında 10-15 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
|
15 | Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi | Marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
16 | Masallı – Yardımlı | Yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
17 | Lənkəran – Lerik | Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
18 | Hacıqabul – Bəhramtəpə – Horadiz | Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. |