Modern.az

Komitə sədri mədəniyyət nümayəndələri ilə görüşdü - FOTO

Komitə sədri mədəniyyət nümayəndələri ilə görüşdü - FOTO

Aktual

24 Yanvar 2021, 20:43

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Xalq artisti Sabir Məmmədovla görüşüb.

 

Modern.az xəbər verir ki, komitə sədri S.Məmmədovu 60 illik yubileyi münasibəti ilə təbrik edib:

 

"Hörmətli Sabir müəllim, Siz 1983-cü ildən indiyədək səhnədəsiz, teatr və kinoda yaddaqalan obrazlar yaratmısız.

Siz Cəfər Cabbarlı mükafatına, Prezident Mükafatına, Xalq artisti yüksək fəxri adına layiq görülmüsüz. Hazırda Akademik Milli Dram Teatrında fəaliyyətinizi davam etdirməkdəsiz. 

Sizi bir daha, Mədəniyyət Komitəsi adından təbrik edir, yeni uğurlar arzulayıram"!

 

Xalq artisti səmimi görüş və təbrik üçün komitə sədrinə təşəkkür edib.

 

***

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir qrup istedadlı gənc rəssam və heykəltaraşla parlamentdə görüşüb, onların yaradıcılıq planları və qayğıları ilə maraqlanıb. 

 

Q.Paşayeva ölkə Prezidentinin 2021-ci ili Nizami İli, Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsini, Xarıbülbül və Vaqif Poeziya Günlərinin bərpasını yaradıcı insanlar, o cümlədən rəssamlar, heykəltaraşlar üçün də bir çağırış - yeni sənət üfüqlərinə dəvət olaraq xarakterizə edib. 

 

Gənc heykəltaraş və rəssamları düşmən üzərində tarixi zəfərimizi öz duyğu və düşüncələri ilə ifadə etməyə səsləyən Q.Paşayeva, özünəxas ənənələri olan Azərbaycan heykəltaraşlıq və rəssamlıq məktəbinin sabahının bugünkü gənc nəsildən önəmli dərəcədə asılı olduğunu deyib, yaradıcı gənclərə uğurlar arzulayıb.

 

Görüşdə iştirak edən Azər Nəcəfov, Arslan Məmmədov, Nərmin İsmayılzadə, Süsən Heydərova, Gülü Baxşəliyeva, Elxan Zeynalov  səmimimi görüş üçün Mədəniyyət Komitəsinin sədri Q.Paşayevaya təşəkkür edib. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü