Modern.az

Siyavuş Novruzov: “Mən Daxili İşlər Nazirliyini məhkəməyə verməmişəm”

Siyavuş Novruzov: “Mən Daxili İşlər Nazirliyini məhkəməyə verməmişəm”

Parlament

11 Fevral 2021, 12:20

Milli Məclisin deputatı Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə vermək niyyətinin olmadığını və jurnalistlərin yanlış məlumat yaydığını bildirb.

Modern.az-a açıqlamasında S.Novruzov deyib ki, onun Daxili İşlər Nazirliyilə hər hansı problemi yoxdur:

“Daxili İşlər Nazirliyi həm pandemiya dövründə, həm də Vətən Müharibəsi zamanı fədakarlıq göstərən güc strukturlarından biridir. Oradada çalışanların hamısını dost hesab edirəm. Onlar pandemiya dövründə demək olar ki, iki cəbhədə uğurlu fəaliyyət göstərdilər.
Mənim Daxili İşlər Nazirliyini məhkəməyə verməklə bağlı bir fikrim yoxdur. Xəbəri yayan KİV əməkdaşları mənə bunu sübut edə biləcək hər hansı sənəd göstərə bilərlərmi?
Heç bir məhkəmədən söhbət gedə bilməz. Mən Milli Məclisdəki çıxışlarım zamanı da həm karantin, həm də Vətən müharibəsi dövründə Daxili İşlər Nazirliyinin əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirmişəm, öz minnətdarlığımı bildirmişəm".

Siyavuş Novruzov jurnalistləri onu rahat buraxmağa, belə qeyri-dəqiq məsələlərlə bağlı narahat etməməyə çağırıb. O, siyasi məsələlərdən artıq uzaq durduğunu da qeyd edib:

"Jurnalistlərdən xahiş edirəm ki, məni siyasətə qatmasınlar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü