Modern.az

Ərzaq malları anbarında nöqsanlar aşkarlandı - FOTOLAR

Ərzaq malları anbarında nöqsanlar aşkarlandı - FOTOLAR

Aktual

22 Fevral 2021, 16:46

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Şirvanlı kəndində yerləşən, fiziki şəxs Mürsəlov Azər Əziz oğluna məxsus ərzaq məhsullarının saxlanması və satışı anbarında yoxlama keçirib.

 

AQTA-dan Modern.az-a verilən məlumata görə, yoxlama zamanı heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmədən, müvafiq baytarlıq şəhadətnaməsi olmadan topdan satışının həyata keçirilməsi, malların saxlanılması və satışı qaydalarına əməl olunmadığı, həmçinin müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi məlum olub.

 

Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü