Modern.az

AXCP-dən İsa Qəmbərə etiraz: “Bunun nə yeri, nə də vaxtıdır”

AXCP-dən İsa Qəmbərə etiraz: “Bunun nə yeri, nə də vaxtıdır”

Aktual

28 Avqust 2012, 21:23

“İndiki halda kiminsə namizədlikdən danışması doğru deyil”

Müsavat başqanı İsa Qəmbərin 2013-cü ilin prezident seçkilərinə qatılacağı ilə bağlı “Azadllıq” radiosuna verdiyi açıqlama siyasi aləmdə ciddi rezonans doğurdu.
İsa Qəmbərin bu bəyanatı Müsavatla birgə İctimai Palatada təmsil olunan AXCP tərəfindən necə qarşılandı?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məsələ ilə bağlı Modern.az-a açıqlama verib. O, İ.Qəmbərin 2013-cü ilin prezident seçkilərinə qatılacağı ilə bağlı indidən çıxış etməsinin aktual olmadığını bildirib:

 “AXCP bu məsələ ilə bağlı mövqeyini cəmiyyətə çatdırıb ki, indiki halda vahid namizəd məsələsinin müzakirə olunması aktual deyil və buna əsas yoxdur. Əsas diqqət vahid namizəd məsələsindən daha çox seçkiöncəsi mühitin demokratikləşməsinə və mühüm seçki potensialının yaradılmasına yönəlməlidir. Bizim üçün öncəlik namizəd məsələsi deyil. İctimai Palatanın qərarı odur ki, namizədlik məsələsi hələlik müzakirə olunamamalıdır. Ona görə də hesab edirik ki, bu məsələnin indki vaxtda müzakirə olunmasının, konkret olaraq namizədin kimliyinin elan edilməsinin yeri və vaxtı deyil”.

F.Qəhrəmanlı AXCP sədri Əli Kərimlinin 2013-c ildə prezident seçkilərinə qatılıb-qatılmayacağı ilə bağlı sualımıza belə cavab verib:

“Biz məsələ ilə bağlı mövqeyimizi bildirmişik və buna da sadiqiq ki, vahid namizəd məsələsi həll olunduqdan sonra müzakirə açacağıq. İndiki halda isə bu haqda hər hansl fikir ortaya qoymağa ehtiyac yoxdur”.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli də bir neçə gün öncə mətbuata verdiyi müsahibədə demişdi ki, 2013-cü ildə narazı elektoratın vahid namizədinin onun ola biləcəyi mümkündür.

 

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü