Modern.az

Məşhur Məmmədov: “Dövlətimiz hər zaman vətəndaşının yanındadır”

Məşhur Məmmədov: “Dövlətimiz hər zaman vətəndaşının yanındadır”

Aktual

26 Fevral 2021, 17:10

“Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına hər zaman diqqətlə yanaşılıb, onlara sevgilə qayğı göstərilib. Çünki bu onlara münasibətdə dövlətimizin əsas vəzifələrindən biridir”.  

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib.

 Deputat fevralın 25-də, Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin cənab Prezidentin iştirakı ilə təqdim olunmasının vacibliyini xüsusi qeyd edib:

 

“Vətən müharibəsində  torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşən, mücadilə aparan qəhrəman oğullarımızı yaxından tanıdıq. Vətən müharibəsində hər kəsin əməyi oldu. Təbii ki, zəfərimizdə gücünü, əməyini əsirgəməyən vətəndaşlarımız daima  dövlətimizin diqqət mərkəzindədir”.

 

 Məşhur Məmmədov  Ramana qəsəbəsinin istifadəyə verilməsinə də toxunub:

“Ramanada 30 bina inşa edilib. 1512 mənzildən ibarət kompleks infrastrukturla təchiz edilib. Ümumilikdə isə  ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlilləri 2021-2025-ci illərdə  mənzil və fərdi evlə təmin ediləcək. Bu bir daha onu göstərir ki, dövlət vətəndaşının yanındadır. Vətəndaşın hər bir problemi həll olunur və bu proses hər zaman davam edəcək. Çünki bu cür hallar bir proqram çərçivəsində  həll olunur. Eyni zamanda, Azərbaycan gənclərinin yüksək döyüş ruhuna sahib olmaları 44 günlük Vətən müharibəsində onların necə yüksək fədakarlıqla döyüşə can atmalarını ortaya qoydu. Bizim gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alıb. Dövlətimiz və xalqımız  hər zaman vətəndaşlarımızın fədəkarlıqlarını layiqincə dəyərləndirir və bu proses davam edəcək. Dövlətimiz hər zaman şəhid ailələrinin və qazilərimizin yanında olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı