Modern.az

Azərin prezidentə məktub yazıb

Azərin prezidentə məktub yazıb

3 Sentyabr 2012, 10:09

Azərbaycanın əməkdar artisti Anaxanım Tağıyeva (Azərin) prezident İlham Əliyeva məktubla müraciət edib. Modern.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, müğənni Azərin Macarıstanın paytaxtı Budapeşt şəhərində ömürlük həbs cəzasına məhkum edilən Ramil Səfərovun vətənə gətirilərək əfv edilməsinə görə ölkə prezidentinə minnətdarlığını bildirib. Əməkdar artist prezident İlham Əliyevin bu addımını yüksək qiymətləndirib.

Qeyd edək ki, avqustun 31-də Macarıstandan ekstradisiya olunan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov həmin gün prezident tərəfindən əfv edilərək azadlığa buraxıldı.

 

A.RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü