Modern.az

Bakı Metropoliteni: "5 stansiya yenidən bağlanır"

Bakı Metropoliteni: "5 stansiya yenidən bağlanır"

4 Sentyabr 2012, 15:21

Metronun «20 Yanvar-Dərnəgül» istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırılacaq. Bu barədə Modern.az-a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki,  Yeni - Bənövşəyi xəttin tikinti işləri ilə əlaqədar Bakı Metropoliteninin «20 Yanvar-Dərnəgül» sahəsi sentyabrın 6-sı saat 22:00-dan sentyabrın 10-u saat 06:00-a qədər bağlanacaq.

Həmin müddət ərzində «20 Yanvar-Dərnəgül» və əks istiqamətdə, qatarların hərəkəti dayandırılacaq və sərnişinlər qeyd olunan sahələrdə yerləşən stansiyaların («20 Yanvar», «Memar Əcəmi», «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül») xidmətindən istifadə edə bilməyəcəklər.

Bildirilib ki, Bakı Metropoliteninin qatarları «Həzi Aslanov-İçərişəhər» və «Həzi Aslanov-İnşaatçılar» istiqamətlərində və əksinə olmaqla hərəkət edəcək.

Qeyd edilib ki, Bakı Мetropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü