Modern.az

Tibb Universitetində kütləvi yoluxma - bir neçə qrup distant təhsilə keçdi

Tibb Universitetində kütləvi yoluxma - bir neçə qrup distant təhsilə keçdi

Təhsil

15 Mart 2021, 14:28

Azərbaycan Tibb Universitetində müəllim və tələbələr arasında koronovariusa yoluxma halları aşkarlandığı ilə bağlı xəbərlər yayılıb. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova deyilənləri təsdiq edib. 

 

Onu sözlərinə görə, universitetin 2-ci Müalicə-profilaktika, ictimai səhiyyə və stomatologiya fakültələrində belə hal aşkarlanmayıb. Sadəcə 1-ci müalicə-profilaktika fakültəsinin 6 kursundan hərəsindən 1-2 tələbənin koronavirusa yoluxma faktı qeydə alınıb. Həmin 6 kurs distant təhsilə keçirilib.

Mətbuat katibi qeyd edib ki, tələbələr  klinik bazalara gələrkən temperaturları mütəmadi olaraq yoxlanılır, dezinfeksiya işləri aparılır.

 

Fidan ƏLİ

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü