Modern.az

“Uşaqların ekranda nəyə baxdığına ciddi diqqət yetirilməlidir” - RƏY

“Uşaqların ekranda nəyə baxdığına ciddi diqqət yetirilməlidir” - RƏY

Aktual

5 Sentyabr 2012, 13:39

Bir vaxtlar məşhur olan və uşaqlar tərəfindən çox sevilən “Nu poqodi” cizgi filminin nümayişi Rusiyada da qadağan edildi. Mütəxəssislərin fikrincə, bu cizgi filmi uşaqların psixologiyasına mənfi təsir edib, onları müxtəlif zorakılığa sövq edir.

Bəs Azərbaycanda necə? Bu məsələyə necə yanaşılır?

Modern.az-a açıqlamasında Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov bildirib ki, əgər bu addım Rusiyada atılıbsa, Azərbaycanda da bu kimi tədbirlər görülməlidir. “Bunu alimlər müəyyənləşdiriblər, deməli, həqiqətən də onların uşaqların psixologiyasına mənfi təsiri var”.

Liqa rəhbərinin sözlərinə görə, bu gün Azərbaycanda uşaqları zorakılığa yönəldən, onlarda mənfi emosiya yaradan səbəblərdən biri də elə bu bəzi cizgi filmləridir.   Yusif Bəkirov bu kimi tədbirlərin Azərbaycanda da görülməsinin tərəfdarı olduğunu xüsusi vurğuladı.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, Azərbaycan informasiya məkanında uşaqların psixologiyasına mənfi təsir edəcək heç nə göstərilməməlidir. “Nə zorakı, nə erotik”. Azərbaycanda əksər insanların  xarici telekanallara baxdığını bildirən Quliyev vurğulayıb ki, daxili bazarda uşaqlra pis təsir edəcək mənfi məhsul yoxdur. Lakin tərcümə olunan bəzi kino və cizgi filmlər məsələyə ciddi diqqət yetirməyi tələb edir.

Məltəm Talıbzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü