Modern.az

Gələn ildən məktəblərdə “Qarabağın zəfəri" adlı dərs keçiriləcək

Gələn ildən məktəblərdə “Qarabağın zəfəri

Təhsil

18 Mart 2021, 17:44

“Məktəblərdə “Qarabağ tarixi” fənni keçirilir. Növbəti ildən bu fənnin “Qarabağın zəfəri" adı altında IX sinif şagirdlərinə tədrisi nəzərdə tutulur”. 

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

 

“Dərsliklər vasitəsilə Qarabağın tarixi, Azərbaycanın 90-ci illərin əvvəllərində üzləşdiyi və hansı səbəblərə görə Qarabağı itirməsi məsələsi, həmin dövrün ictimai-siyasi vəziyyəti, eyni zamanda danışıqlar prosesi, Azərbaycan ordusunun qazandığı zəfər öz əksini tapacaq”, - deyə nazir əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü