Modern.az

Prezidentin Azərbaycan ərazilərinə səfərləri Ermənistan XİN-in şərh mövzusu ola bilməz 

Prezidentin Azərbaycan ərazilərinə səfərləri Ermənistan XİN-in şərh mövzusu ola bilməz 

19 Mart 2021, 13:45

"Azərbaycan Respublikası Prezidentinin Azərbaycan ərazilərinə səfərlər etməsi Ermənistan Xarici İşlər Nazirliyinin şərh mövzusu ola bilməz".

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib.

Bildirilib ki, Ermənistan XİN-i mövcud olmayan dağıntılar barədə danışmadan öncə tarixə nəzər salmalıdır:

 

"Ermənistan XİN  30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən tarixi, mədəni və dini irsin talan edilməsi və “təmizləmə” siyasəti, o cümlədən yüzlərlə abidələrin yerlə yeksan edilməsi, 63 məscidin tamamilə yer üzündən silinməsini unutmamalıdır.

Ermənistan tərəfi  hələ də anlamır ki, bu kimi ritorikadan uzaqlaşmaq və imzalanmış  üçtərəfli bəyanatların icrasına köklənmək lazımdır. Revanşist və təhlükəli fikirlərlə öz əhalisini zəhərləmək Ermənistana yaxşı heç nəyi vəd etmir".

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü