Modern.az

Paşinyan Zəngəzur dəhlizinin açılmasını vacib sayır

Paşinyan Zəngəzur dəhlizinin açılmasını vacib sayır

Dünya

21 Mart 2021, 19:09

“Kommunikasiyaların blokadadan çıxarılması həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır. Yolların açılması Azərbaycan üçün faydalıdır, çünki onun Naxçıvanla əlaqəsi olmalıdır, Ermənistan üçün də faydalıdır, çünki Rusiya və İranla etibarlı dəmir yolu əlaqəsinə ehtiyacımız var. Bu, iqtisadiyyatımızın əhəmiyyətli dərəcədə dəyişə biləcəyi deməkdir ”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Herkin Bazmaberd kəndinin sakinləri ilə görüşündə səsləndirib.

Paşinyana görə, bölgədəki ən böyük problem Ermənistanın düşmən kimi qəbul edilməsi və Ermənistanın da digərlərini düşmən hesab etməsidi.

“Bu qapalı zəncirin bir şəkildə idarə edilməli olduğunu bildirməliyik, çünki bu, bizim və başqalarının qarşılaşdıqları ən böyük çətinlikdir. Bu asan bir sual deyil, asan olsaydı çoxdan həll edilədi",-deyə o bildirib.

Paşinyan vurğulayıb ki, Qarabağ məsələsi həllə də həll olunmayıb.

Paşinyan çıxışında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın “Paşinyanın yeganə çıxış yolu dərhal istefa verib ən azından müvəqqəti olaraq xarici ölkəyə getməli” açıqlamasına da münasibət bildirib.

“Levon Ter-Petrosyan deyir: təşkil edin, qoy baş nazir ölkəni tərk etsin. Levon Ter-Petrosyan, şərəfli karyerası boyunca iki dəfə çox yaxşı bir qaçış nümunəsi göstərib. Qaça bilən bir insana bənzəyirəm? Əgər xalqım mənim güllələnməyimə qərar verərsə, təvazökarlıqla divarın altında dayanacağam. Qoy heç kim xalqın hər hansı bir qərarından sonra qaçacağımı düşünməsin”,-deyə Paşinyan vuğulayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü