Modern.az

İki rayonun qaz təminatında problem yarandı - Baş direktor problemi nəzarətə götürdü

İki rayonun qaz təminatında problem yarandı - Baş direktor problemi nəzarətə götürdü

Aktual

24 Mart 2021, 16:57

"Zaqatala və Balakən rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatında yaranan çətinliklərlə birbaşa özüm məşğul oluram".

 

Modern.az xəbər verir ki, bunu "Azəriqaz"İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev sosial şəbəkə hesabında bildirib.

 

R.Əliyevin sözlərinə görə, proses tam nəzarətdə saxlanılır:

 

"Müvafiq strukturlara tapşırıqlar verilib və özüm başda olmaqla hamı iş başındadır. Yəni, heç kim elə düşünməsin ki, biz bu prosesdən məlumatsızıq. Biz yaxşı bilirik ki, harda, hansı kənddə, hansı qəsəbədə qazın təminatı nə yerdədir. Yəqin siz də etiraf edərsiniz ki, təbii qaz təchizatının dayandırılması halı yoxdur.

 

Sadəcə bəzi yaşayış məntəqələrində qazın təzyiqində çətinlik yaşanır".

 

Baş direktor deyib ki, "Azəriqaz" İstehsalat Birliyi qaz paylayıcı qurumdur:

 

"Bizə qədər böyük şəbəkə mövcuddur. Bəzən bu şəbəkədə yaranan problemlər də bizə təsirsiz ötüşmür. Təzyiq düşürsə, onun əvvəlki vəziyyətə qaytarılması müəyyən qədər vaxt tələb edir. Bu, texnoloji bir prosesdir. Əmin olun ki, qısa müddətdən sonra hər şey qaydasına düşəcək. Lakin bu arada bəzi klaviatura qəhrəmanları sosial şəbəkədə əsassız fikirlər yazır, insanları çaşdıran paylaşımlar edirlər. Xahiş edirəm ki, belə məlumatlara inanmayın. Çaşqınlıq yaradan mənbələrdən uzaq durun. Həqiqətin, qaz təsərrüfatına dair düzgün məlumatın yeganə ünvanı "Azəriqaz" İstehsalat Birliyidir.

 

Birliyin sosial şəbəkə ünvanları, mənim Facebook səhifəm, Çağrı Mərkəzi (104/185 saylı nömrələr) və 077 3104104 saylı Whatsap  nömrəsi - budur əsası mənbə. Belə məqamlarda Sizi dolaşıqlığa salan insanlara inanmayın. Mən Sizin yanınızdayam, arxayın olun, bəzi xırda çətinliklər də tezliklə həllini tapacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü