Modern.az

Putin Merkel və Makronla nələri müzakirə edib?

Putin Merkel və Makronla nələri müzakirə edib?

Dünya

31 Mart 2021, 10:37

Rusiya prezidenti Vladimir Putin Almaniya və Fransa liderləri ilə ötən axşam telefonda müzakirələr aparıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əsas müzakirə mövzusu Ukraynanın şərqində davam edən gərginlik olub.

Putin telefon danışığı zamanı Ukraynanın sülh razılaşmalarını icra etmədiyini və təmas xəttində atəşkəsi tez-tez pozduğunu vurğulayıb.

 

Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron “Sputnik V” vaksininin Avropa bazarına buraxılmasını, Brüssellə Moskva arasında münasibətləri Putinlə müzakirə edib, həbsdə olan siyasətçi Aleksey Navalnının səhhəti ilə maraqlanıblar.

Sonda tərəflər Belarus, Liviya, Suriya və İrandakı prosesləri də müzakirə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü