Modern.az

Misirin əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı

Misirin əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı

Aktual

31 Mart 2021, 11:16

Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisini davam etdirir.

 

Modern.az xəbər verir ki, universitetin humanitar fənnlər fakültəsinin “Türk dili” bölməsində Azərbaycan dilini tələbələrə Birliyin fəal üzvü İnarə Osmanova tədris edir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizlə bağlı geniş məlumat verilir.

 

Universitetin Azərbaycan dili dərslərində 100-ə yaxın tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirova müraciət ediblər. S.Nəsirov bu müraciət əsasında tələbələr üçün Qahirədəki diaspora mərkəzində Azərbaycan dilini öyrənmək istəyən tələbələr üçün əlavə kurslar təşkil olunacağını qeyd edib.

 

S.Nəsirov Azərbaycan dilinin tədrisi ilə bağlı lazımi dəstəyi göstərməyə hər zaman hazır olduğunu bildirib.

 

975-ci ildə təsis olunmuş əl-Əzhər Universiteti dünyanın ən qədim və ən böyük universitetlərindən biridir. Hazırda universitetdə dünyanın 115 ölkəsindən 500 mindən çox tələbə təhsil alır.

 

Qeyd edək ki, İnarə Osmanova dörd ildir ki, könüllü şəkildə əl-Əzhər universitetində Azərbaycan dilini tədris edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü