Modern.az

Rəmiş koronavirusdan ölüb - Amma yoldaşı dəfndə maskasızdır

Rəmiş koronavirusdan ölüb - Amma yoldaşı dəfndə maskasızdır

Aktual

6 Aprel 2021, 12:18

Səhiyyə Nazirliyi ötən gün vəfat edən Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) ölüm səbəbini açıqlayıb. 


Modern.az nazirliyə istinadən xəbər verir ki, Rəmiş koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib:

 

“Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənovun Səhiyyə Nazirliyinə verdiyi məlumata görə, qaraciyər və ağciyərlərinin xroniki xəstəliklərindən əziyyət çəkən Xalq artisti koronavirusdan dünyasını dəyişib”.

Xatırladaq ki, mərhumun xanımı Gülü Hüseynova bugünkü açıqlamasında özünün və həyat yoldaşının koronavirusa yoluxmadığını deyib. 

Onu da bildirək ki, koronavirusa yoluxduğu iddia edilən Gülü Hüseynova bu gün Rəmişin dəfnində iştirak edib, o bu zaman tibbi maska taxmayıb.


Rəmiş bu gün "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var