Modern.az

Fazil Mustafa Nigar Yaqublunu zaminə götürmək üçün müraciət edəcək

Fazil Mustafa Nigar Yaqublunu zaminə götürmək üçün müraciət edəcək

Təhsil

13 Sentyabr 2012, 15:24

Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa hüquq-mühafizə orqanlarına müraciət edəcək.

BQP mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, F.Mustafa müraciətində Müsavat Partiyasının gənc fəalı Nigar Yaqublunu zaminə götürmək istəyini nəzərə çatdıracaq.

Millət vəkili qeyd edib ki, Cinayət Məcəlləsinin 263.2-ci (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə təqsirləndirilərək həbs edilən N.Yaqublu barəsində obyektiv istintaq aparılacağına ümid edir:
“Amma düşünürəm ki, istintaq müddətində gənc bir xanımın barəsində həbs-qətimkan tədbirinin seçilməsi mentalitetimizə ziddir. Bu səbəbdən hüquq-mühafizə orqanlarından Nigar Yaqublu barəsində qətimkan tədbirinin dəyişdirilməsini xahiş edəcəyəm”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü