Modern.az

Metronun “Elmlər Akademiyası” stansiyası təmir edilir

Metronun “Elmlər Akademiyası” stansiyası təmir edilir

Aktual

14 Aprel 2021, 12:30

Pandemiya səbəbilə sərnişindaşımada yaranmış fasilə dövründə Bakı metropolitenində daha bir yenilik həyata keçirilir.Qurumdan Modern.az-a verilən məlumata görə, metropoliten tarixində ilk dəfə istismarda olan stansiyanın hər iki yolu yeni tipli infrastruktur üzərində qurulur:

“Birinci dəfə “Nərimanov” elektrik deposunda qatarların sınaq yolunda, “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının ancaq bir yolunda tətbiq edilmiş dəmir-beton blokların daha geniş miqyasda tətbiqi davam etdirilir. Metropolitenin yeni Bənövşəyi xəttində də bu ənənə geniş tətbiq olunacaq. Hazırda “Memar Əcəmi-8 Noyabr”, “Xocəsən deposu-Avtovağzal” mənzilləri, həmçinin “8 Noyabr” stansiyası və dalan yollarında yeni tipli üstquruluş elementləri tətbiq edilir”.

 

Rəsmi məlumata görə, sərnişindaşıma fəaliyyətinin dayandırıldığı müddətdə “Elmlər Akademiyası” stansiyasında aparılan təmir-bərpa, yenidənqurma işlərinin tərkib hissəsi kimi həyata keçirilən daha bir layihəyə uyğun olaraq, stansiyanın hər iki yolu üzrə gödək ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsinə başlanılıb:

 

“Tədbirlərin səmərəli və operativ yerinə yetirilməsi məqsədilə ikinövbəli iş rejimi tətbiq edilib. Birinci mərhələdə stansiya yollarının təmas xətti sökülüb. Relslərin, yol yatağının sökülməsi ilə bağlı planlı işlərə başlanılıb.

İkinci mərhələdə yeni yol yatağının konstruksiyası qurulmaqla, betonlama işləri aparılacaq və yeni tipli üstquruluş elementləri texnoloji tələblərə uyğun qurulacaq.

Mərhələli təmir-yenidənqurma işləri çərçivəsində 1985-ci ildə istifadəyə verilmiş stansiyanın üzərində yerləşən inzibati binanın fasad örtüyünün bərpa işləri aparılır. Təmirə cəlb edilən sahələrin yaxınlığı ilə hərəkət edən piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə çəpərləmə işi aparılıb. Hazırda pandemiya dövrünün tələblərinə ciddi əməl olunmaqla təşkil edilmiş bərpa işlərinin böyük hissəsi arxada qalıb”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü