Modern.az

Paşinyan uğursuz “Lələtəpə əməliyyatı”ndan DANIŞDI

Paşinyan uğursuz “Lələtəpə əməliyyatı”ndan DANIŞDI

Aktual

14 Aprel 2021, 14:30

“İkinci Qarabağ müharibəsi zamanı Lələtəpə yüksəkliyinin geri qaytarılması barədə əmr verdiyim iddiaları absurddur”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin 14 aprel tarixli iclasında hökumətin 2020-ci ildəki fəaliyyətinə dair hesabatını təqdim edərkən bildirib.

Baş nazir hakim fraksiyadan ayrılan müstəqil deputat Taqui Tovmasyanın suallarını cavablandırarkən “bu cür iddiaların heç biri həqiqətə uyğun deyil” söyləyib.

“Deyirlər ki, guya belə bir qərar vermişəm. Serj Sarkisyanın (Ermənistanın üçüncü prezidenti - red.) 2016-cı ildə təslim etdiyi Lələtəpəni mən guya, 2020-ci ildə geri qaytarmağı əmr etmişəm və bu uğursuz əmiliyat zamanı 700 hərbçi həlak olub. Bu cəfəngiyatdır”.

Paşinyan bildirib ki, Lələtəpənin geri qaytarılması üçün əməliyyat təklifi ordunun generallarından gəlib. Həmin generallar iddia ediblər ki, bu əməliyyat vacibdir.

“Təklif o vaxt bu qərarı həyata keçirmək imkanı olan generallar tərəfindən verildi. Müzakirələrdə sadəcə iştirak etdim və heç fikir bildirmədim” deyən Paşinyan, müzakirələrdən sonra belə bir əməliyyatın mümkün olduğu barədə məlumatlandırıldığını söyləyib.

Ermənistan mətbuatı bundan əvvəl yazmışdı ki, Paşinyanın ordunun komanda məntəqəsinə gedən həyat yoldaşı Anna Akopyan Lələtəpənin ələ keçirilməsini tələb edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var