Modern.az

Lukaşenko Bakıdan qayıdan kimi Putinlə niyə Qarabağdan danışdı? – ŞƏRH

Lukaşenko Bakıdan qayıdan kimi Putinlə niyə Qarabağdan danışdı? – ŞƏRH

Dünya

15 Aprel 2021, 14:14

Belarus prezidenti Aleksandr Lukaşenko Bakını tərk etdikdən bir gün sonra Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Maraqlıdır ki, prezidentlər telefon danışığında iki ölkə arasındakı əlaqələrin indiki səviyyəsi ilə yanaşı, Dağlıq Qarabağ mövzusunu da müzakirə ediblər.

Belarus prezidentinin rusiyalı həmkarıyla Qarabağ məsələsini müzakirə etməsini necə qiymətləndirmək olar?


Politoloq Elxan Şahinoğlu Modern.az-a bildirib ki, Aleksandr Lukaşenko Bakıdakı açıqlamalarında Azərbaycana dəstək verdiyini gizlətmədi.

“Lukaşenko onu da dedi ki, elə bir məsələ yoxdur ki, Minsklə Bakı arasında fikir ayrılığı olsun. Mümkündür ki, qapalı görüşdə rəsmi Bakının “İsgəndər” raketləriylə bağlı Moskvanın siyasətindən narazılıq da səsləndirilib. Belarus Rusiyanın müttəfiqi sayılır. Ona görə Bakı Moskva ilə təmaslarında Minskin imkanlarından da istifadə edə bilər. Lukaşenkonun belə bir təcrübəsi var. Belarus prezidenti daha öncə Azərbaycan prezidentinin Qarabağ münaqişəsinin həlliylə bağlı mesajlarını Ermənistanın keçmiş prezidentinin də diqqətinə çatdırmışdı. Sadəcə, Belarus prezidenti vasitəçilik təşəbbüslərində hələ ki., uğur qazanmayıb. Kreml sahibinin də Lukaşenkonun Qarabağla bağlı mövqeyi az maraqlandırır”.


Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü