Modern.az

“Moskva tezliklə ABŞ-ın sanksiyalarına cavab verəcək” - Zaxarova

“Moskva tezliklə ABŞ-ın sanksiyalarına cavab verəcək” - Zaxarova

Dünya

15 Aprel 2021, 20:14

“Moskva tezliklə ABŞ-ın yeni sanksiyalarına öz cavabını verəcək”.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib:

 

“Bizim cavabımız qaçılmazdır və o hazırlanır. Siz onu tezliklə biləcəksiniz. Ekspertlərimiz hazırda birbaşa cavab addımlarının hazırlanması ilə məşğuldurlar”.

 

Zaxarova qeyd edib ki, Vaşinqton yeni anti-Rusiya sanksiyalarını tətbiq edərək sadəcə Moskva ilə münasibətləri pozmağa çalışır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü