Modern.az

Deputat Səbail məktəblilərinə hədiyyə verib

Deputat Səbail məktəblilərinə hədiyyə verib

Aktual

22 Sentyabr 2012, 13:53

Millət vəkili Fuad Muradovun təşəbbüsü ilə  Səbail rayonunda yerləşən  ən fəal orta məktəblərin şəgirdlərinə “Vətəni tanı” Ümumrespublika  kampaniyası çərçivəsində Azərbaycanın xəritəsi hədiyyə edilib. Xəritələr keçməcəli (pazl) şəkildədir və Azərbaycanın hər bir inzibati ərazi vahidi orada ayrılıqda göstərilib. Xəritədə kiçik hissəcikləri yerləşdirməklə vahid Azərbaycan xəritəsi tamamlanır.

Fuad Muradov bildirib ki, əsas məqsəd ölkəmizin ərazi bütövlüyü məsələsində Prezident İlham Əliyevin qətiyyətli mövqeyinə Azərbaycan gənclərinin mövcud dəstəyinin nümayiş etdirilməsi və eyni zamanda məktəblilərin ölkəmizin regionları, xüsusən də işğal altında olan rayon və şəhərlərimiz haqqında daha mükəmməl biliklər əldə etməsidir.

Qeyd edək ki, “Vətəni tanı” Ümumrespublika kampaniyası “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına salınıb və hər il keçirilməsi nəzərdə tutulub.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü