Modern.az

“Avropa Parlamentin qətnaməsi kağız parçasıdır” - Spiker

“Avropa Parlamentin qətnaməsi kağız parçasıdır” - Spiker

Parlament

21 May 2021, 11:20

“Avropa Parlamentində “hərbi əsir”lərlə bağlı qəbul edilən qətnamə təəssüf doğurur”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

 

Sədr bildirib ki, erməni təbliğatının təsiri altında Azərbaycana qarşı belə sənəd qəbul edilib:

 

“Bu, sadəcə, kağız parçasıdır. Bu, Avropa İttifaqının Azərbaycana qarşı münasibətini əks etdirmir. Azərbaycan Aİ ilə münasibətlərin hərtərfəli inkişafında maraqlıdır. Avropa Parlamentində bəzi qərəzli qrupların səyləri Azərbaycan və Aİ arasında münasibətlərə heç bir xələl gətirə bilməyəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!