Modern.az

Qaragöldəki son vəziyyət: Ordumuz mövqelərini möhkəmləndirir

Qaragöldəki son vəziyyət: Ordumuz mövqelərini möhkəmləndirir

2 İyun 2021, 10:10

Ermənistan mediası Qaragöl ətrafındakı son vəziyyətə toxunub.

 

Modern.az “Qraparak” qəzetinə istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan ordusunun bölmələri öz mövqelərində qalır.

 

“Qaragöl ətrafında son günlər vəziyyət stabil qalıb. Azərbaycan Ordusu nəzarətə götürdüyü ərazidə hər birində 25-30 hərbçi olmaqla 4 post qurub. Onların öz hərbçi sayını artırmadığı xəbər verilir. Eyni zamanda, Zəngəzurda Ermənistandan olan böyük sayda könüllü dəstələr qalır. Onlar tam hazır şəkildə müvafiq əmrləri gözləyir”-deyə qəzet yazır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü