Arxiv
9 İyun 2021, 12:03 | ANALİTİKA
Çinlə əməkdaşlıqda ehtiyatı əldən vermək olmaz - yatırımlar və şərtlər...

“Azərbaycan Çinlə iqtisadi, ticarət və regional əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Ancaq Çinlə əməkdaşlıqda ehtiyatı da əldən vermək olmaz. Misal üçün biz Ələt limanı üzərindən Avropaya daha çox Çin məhsulunun çatdırılmasını istəyirik. Bununla həm Bakı-Tiflis-Qars dəmiryolu tam gücü ilə işləyəcək, həm də gələcəkdə Zəngəzur dəhlizinə faydası olacaq. Ancaq Ələt limanına Çin şirkətlərinin sahib olması maraqlarımıza uyğun deyil. Çünki Çinin yatırımlarının ardınca, başqa istəkləri də gələ bilər. Mərkəzi Asiyadakı durum buna sübutdur”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan-Çin əlaqələrini şərh edən “Atlas” Araşdırmalar Mərkəzi rəhbəri Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, Çinin illərdir Mərkəzi Asiyada nüfuzu artır. SSRİ dağıldıqdan sonra Mərkəzi Asiya ölkələri Çinlə yaxınlaşmağa başladılar. Bu ilkin illərdə tərəflər üçün faydalı idi. Çin Mərkəzi Asiya ölkələrinə kreditlər verir, əvəzində bu ölkələrin yataqlarını əldə edir və infrastruktur çalışmaları həyata keçirirdi. Pekin ilkin illərdə yatırım qoyduğu ölkələrin siyasətinə qarışmırdı.

Buna baxmayaraq, münasibətlərdə gərginlik illər keçdikcə artır.

“Misal üçün, yalnız 2019-2020-ci illərdə Mərkəzi Asiya ölkələrində Çinin yatırımlarıyla bağlı 40-a yaxın insident qeydə alınıb. Səbəblər müxtəlif olub. Çində uyğurlara qarşı edilən zülmdən tutmuş Çin şirkətlərinə verilən torpaq sahələrinə qədər mövzularda yerli əhali ilə çinlilər arasında toqquşmalar olub. Məsələ burasındadır ki, Çin yatırım qoyduğu ölkələrdə çinli işçiləri yerləşdirməyə çalışır, bu isə yerlərdə narazılıq yaradır. Misal üçün, Qırğızıstanda bir ara vəziyyət o həddə gərginləşdi və Çin əleyhinə o qədər aksiya təşkil edildi ki, bu ölkənin keçmiş prezidenti vətəndaşlarına xəbərdarlıq etmək məcburiyyətində qaldı. Halbuki, Çin yalnız Bişkəkdəki elektrik stansiyanın yenidən qurulması üçün 386 milyon dollar yatırım qoyub”.


E.Şahinoğlu deyib ki, Özbəkistanda da eyni vəziyyətdir. Bu ölkənin Çinə olan borcu ümumi gəlirinin 16 faiz həcmindədir. Yığlan borc Çinə imkan verir ki, bu ölkələrə təsirini artırsın.

“Pekinin Mərkəzi Asiya ölkələri ilə qeyri-rəsmi razılaşmaları mövcuddur. Həmin razılaşmalara görə, bu ölkələr Çinə olan borcun qarşılığında Çin şirkətlərinə daha çox imkanlar yaratmaq məcburiyyətindədirlər. Çin Qərb ölkələrindən fərqli olaraq investisiya yatırmaq üçün ölkələrə ağır şərtlər irəli sürmür, layihələrin icrasında şəffaflıq və xüsusi hesabatlılıq tələb etmir, razılaşmalar şifahi vədlər əsasında hazırlanır. Bəzən bu kimi hallar böyük korrupsiyaya səbəb olur. Misal üçün,  Qırğızıstanda aparılan araşdırma nəticəsində bəlli olub ki, Çin mallarının böyük hissəsi Qırğızıstana rəsmiləşdirilmədən daxil olurmuş. Bundan bir sıra gömrük işçiləri varlanıb”.

Ekspert bildirib ki, Çin son illərdə Mərkəzi Asiyada möhkəmlənən mövqelərindən istifadə edərək hakimiyyətə iddialı olan siyasətçilərlə sıx əlaqələr qurub.

“Həmin siyasətçilərin bir qisminin yaxınlarının Çinlə böyük ticarət sövdələşmələri və ya birgə şirkətləri var. Bu Pekinə imkan verir ki, əlindəki alətlərdən istifadə edərək Mərkəzi Asiya dövlətlərinin daxili və xarici siyasətinə nüfuz edə bilsin. Başqa sözlə, Mərkəzi Asiyada son 20 ildə formalaşan siyasi və iqtisadi elita nə Rusiyaya, nə də Qərbə bağlıdır. Çinə bağlılıq artır. Çinin maliyyəsi çoxdur və yatırım qoymağa məkanlar axtarır. Pekin bu məkanları özü üçün müəyyənləşdirərkən dünyanın özü kimi böyük güc mərkəzlərini qabaqlamağa çalışır. Bunun yolu isə həmin dövlətlərə şirnikləndirici təkliflərdən keçir.

Pekin eyni siyasəti Əfqanıstanda da həyata keçirməyə çalışır. Kasıb və iqtisadiyyatı uzun illərin müharibələrindən dağınıq vəziyyətə düşən Əfqanıstan xarici investisiyalara ehtiyacı var. Əfqanıstana böyük investisiyaları yatıra biləcək tək ölkə Çindir. Pekin Mərkəzi Asiya ölkələrini Əfqanıstanla birləşdirəcək regional layihələri maliyyələşdirməyə də hazırdır. Bununla Çin ətrafındakı həm iqtisadi, həm təhlükəsizlik, həm də asılılıq çəmbərini genişləndirməyə çalışır”, - E.Şahinoğlu bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa çempionatında 1/8 finalın cütlükləri bilindi 24 İyun 2021, 01:04 Daha iki komanda 1/8 finalda - AVRO-2020 24 İyun 2021, 01:00 İranda ABŞ-la danışıqları qadağan edən qanun qəbul edilə bilər 24 İyun 2021, 00:54 Ronaldo Azərbaycan əsilli futbolçunun rekordunu təkrarladı 24 İyun 2021, 00:47 İstanbulda azərbaycanlı güllələndi - VİDEO 24 İyun 2021, 00:40 Almaniyada "Delta" ştammına yoluxanların sayı iki dəfə artdı 24 İyun 2021, 00:29 Senat Yunanıstana hərbi yardım qanununu təsdiqlədi 24 İyun 2021, 00:16 Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür 24 İyun 2021, 00:01 Ronaldo Buffonun rekordunu qırdı 23 İyun 2021, 23:54 AŞPA Krım tatarlarına qarşı işgəncələri pislədi 23 İyun 2021, 23:40 Lənkəran sakini qohumlarını güllələyib öldürdü 23 İyun 2021, 23:25 Azərbaycanda dəhşətli cinayət: Qadını 29 bıçaq zərbəsi ilə öldürdü 23 İyun 2021, 23:14 Bu ölkədə 16,7 milyon nəfər tam peyvəndləndi 23 İyun 2021, 23:07 Türkiyədə daha 65 nəfər virusdan öldü 23 İyun 2021, 22:58 Emil Avropa çempionatları tarixində ikinci ən erkən qolu vurdu 23 İyun 2021, 22:44 Bakıya gələ biləcək komandalar dəqiqləşdi - AVRO-2020 23 İyun 2021, 22:28 Cəlilabadda yanğın oldu 23 İyun 2021, 22:16 Hulusi Akardan Qara dənizdəki gərginliklə bağlı açıqlama 23 İyun 2021, 22:10 Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 21:57 Azərbaycanda TURKOVAC peyvəndinin sınağı keçiriləcək 23 İyun 2021, 21:48 Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 23 İyun 2021, 21:34 Dünyada peyvəndlənmə ilə bağlı son vəziyyət 23 İyun 2021, 21:23 “Anadolu Qartalı” təlimindən VİDEO 23 İyun 2021, 21:10 Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?