Modern.az

Ağsaqqallar beşəmlərə AD SEÇİRLƏR

Ağsaqqallar beşəmlərə AD SEÇİRLƏR

Aktual

13 İyun 2021, 14:00

Ötən gün dünyaya gələn beşəmlərin və ananın vəziyyəti normaldır.


Bu barədə Modern.az-a Bakı Sağlamlıq Mərkəzindən məlumat verilib. Bildirilib ki, körpələrin xəstəxanada müalicələri davam edir.


Mərkəzdən verilən informasiyada o da qeyd edilib ki, beşəmlərin çəkisi çox az olduğuna görə onlar bir müddət xəstəxanada qalmalı olacaqlar.


Qeyd edək ki, dördü oğlan biri qız olan körpələrə hələlik ad verilməyib. Beşəmlərin ailəsi onlara ad seçilməsini ailə ağsaqqallarının öhdəsinə buraxıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü