Modern.az

Portuqaliya Macarıstana qalib gəldi

Portuqaliya Macarıstana qalib gəldi

Aktual

15 İyun 2021, 22:04

Futbol üzrə Avropa çempionatının F qrupunda mübarizəyə start verilib.

 

Modern.az xəbər verir ki, qrupun ilk matçında turnirin ev sahiblərindən Macarıstan millisi Portuqaliya ilə qarşılaşıb. Budapeştdəki "Puşkaş Arena"da keçirilən görüş Pireney təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçda hər üç qol 2-ci hissədə vurulub. 84-cü dəqiqədə Rafael Gerreyro, 3 dəqiqə sonra Kriştiano Ronaldo rəqib qapısına yol tapıb. Penaltidən fərqlənən hücumçu turnirin tarixində ən sərrast oyunçu ünvanını ələ keçirib. Qarşılaşmada son nöqtəni də Ronaldo qoyub. O, əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə komandasının üstünlüyünü 3 topa çatdırıb.

 

Bundan başqa, start heyətində meydana çıxan 36 yaşlı forvard 5 Avropa çempionatında forma geyinən futbolçu kimi tairxə düşüb.

 

Qeyd edək ki, F qrupunun digər oyununda Almaniya və Fransa yığmaları üz-üzə gələcəklər. Münhendəki eyniadlı stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü