Modern.az

Sarkozi yenidən prezidentlik sevdasına düşdü

Sarkozi yenidən prezidentlik sevdasına düşdü

Dünya

5 Oktyabr 2012, 08:44

Fransanın keçmiş prezidenti Nikola Sarkozi yenidən bu ölkənin başçısı olmaq qərarını verib.

Bu ilin may ayında ölkədə keçirilən prezident seçkilərində rəqibi hazırki prezident Fransua Ollanda məğlub olan Sarkozi yenidən siyasətə qayıtmağı və 2017-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırır.

Bu barədə Parisdə nəşr olunan nüfuzlu “Le Canard Enchaine” qəzeti məlumat yayıb. (AzərTAc) 
Məlumatda bildirilir ki, Nikola Sarkozi onun prezidentliyi dövründə ölkənin kənd təsərrüfatı naziri vəzifəsini tutan yaxın dostu Bruno Le Maire ilə söhbətində gələcəklə bağlı əsas məqsədini bəyan edib. 
Fransa Xalq Hərəkatı Birliyi Uğrunda Partiyasında ( UMP ) keçmiş dövlət başçısına rəğbət bəsləyənlərin əksəriyyəti Nikola Sarkozinin yenidən hakimiyyətə gəlməsini arzuladıqlarını bildiriblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü