Modern.az

İranın səhiyyə naziri Rusiyaya uçuşların dayandırılmasını istədi

İranın səhiyyə naziri Rusiyaya uçuşların dayandırılmasını istədi

Dünya

20 İyun 2021, 12:09

İranın səhiyyə naziri Səid Nəməki Rusiya ilə uçuşların dayandırılmasını istəyib.

 

Modern.az-ın məlumatına görə, S.Nəməki ölkənin Koronavirusla mübarizə qərargahına ünvanladığı məktubda Rusiya ilə uçuşların dayandırılmasını zəruri hesab edib:

 

"Rusiyada koronavirusun geniş yayılmasını nəzərə alaraq Moskva və əks istiqamətdə olan uçuşların dayandırılması zəruridir. Koronavirus Qərargahının ictimai və təhlükəsizlik komitəsi təcili bu məsələ ilə bağlı qərar qəbul etməlidir".

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü