Modern.az

Antalyada forumun keçirilməsi təsadüfi deyil - Tural Gəncəliyev

Antalyada forumun keçirilməsi təsadüfi deyil - Tural Gəncəliyev

Aktual

22 İyun 2021, 11:40

Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında 2 gün bundan əvvəl Türkiyənin Antalya şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən forum haqqında danışıb.

 

Modern.az xəbər verir ki, deputat diplomatik forumda Milli Məclis tərəfindən orada iştirak etdiyini qeyd edib:

 

'Belə bir forumun keçirilməsi təsadüfi deyil. Türkiyənin dünyada artan qlobal gücü buna sübutdur. Forum iştirakçıları Azərbaycanın Cənubi Qafqazdan kənardakı rolunu da qeyd etdilər. Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycanın apardığı məsələlərlə bağlı çıxış etdi. Münaqişədən sonra yaranan yaranan məsələlər müzakirə olundu. Diskussiya aparmaq, regional məsələləri müzakirə etmək çox əhəmiyyətlidir. Türkiyənin gücü bizim gücümüzdu. Bu da diplomatik forumda öz əksini tapıb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü