Modern.az

ABŞ səfiri Şəkidədir

ABŞ səfiri Şəkidədir

Aktual

8 Oktyabr 2012, 13:12

Azərbaycanın Amerikadakı səfiri Riçard Morninqtar hazırda Şəki rayonundadır. Səfirliyin mətbuat xidmətinin rəhbəri Mehdi  Hüseynquliyev Modern.az saytına bildirb ki, bu, 4 günlük bir səfərdir:

  “Ayın 5-dən başlayan səfər sabah tamamlanır.  Əsas məqsəd  səfirin Şəkidə və Oğuzda  yaşayan əhali ilə görüşməyi  və ABŞ-la bu regionlar arasında  əməkdaşlığı müzakirə etməkdir.  Səfir Şəki rayon İcra Hakimiyyətinin başçısının müavini  Həsən Həsənovla  görüşdü. Daha sonra Oğuz rayonunun İcra Hakimiyyətinin  başçısı Eyvaz Qurbanovla görüşüb. İkitərəfli əlaqələr,  ümumiyyətlə,  bu regionun inkişafı, mədəniyəti, tarixi, iqtisadi   sahədə görülən işlərlə maraqlanıb. 

Rayon əhalisi  bu barədə ona ətraflı məlumat veriblər.   Bundan əlavə, səfirin  gənclərlə də görüşü  keçirilib, onların suallarına ətraflı cavablar verib,  xaricdə təhsil proqramları, müxtəlif  layihələr  müzakirə olunub”.  

M.Hüseynquliyev bildirb ki, səfir həmçinin Şəkinin balıqçılıq təsərrüfatı olə də tanış olub.ABŞ hökuməti tərəfindən ölkəmizdə balıqçılıq təsərrüfatının  inkişafının dəstəyi vurğulanıb. Səfirin Şəki rayonundan sabah qayıdacağı gözlənilir. 

Nihadə Eyyubova  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü