Modern.az

Dini Komitə: “Bu cür aksiyalar dindarlar üçün qəbul olunmazdır"

Dini Komitə: “Bu cür aksiyalar dindarlar üçün qəbul olunmazdır"

Aktual

9 Oktyabr 2012, 16:31

Oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında dini təmayüllü şuarlarla keçirilən aksiya dini deyil, siyasi xarakter daşıyır. Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki,  aksiya kobud qanun pozuntuları ilə keçirildiyindən, ona tam qiymətin verilməsi  hüquq – muhafizə orqanlarının araşdırıması bitdikdən sonra mümkündür. Lakin, Komitənin apardığı ilkin araşdırmalar nəticəsində məlum olub ki, aksiya rəsmi dini icmalar və ya onların üzvləri tərəfindən təşkil edilməyib, mövcud qeydiyyatdan keçən dini icma üzvləri bu aksiyada iştirak etməyiblər. Həmçinin aksiya sonrası Komitə tərəfindən aparılan mütəmadi monitorinqin nəticələri, eləcə də ayrı-ayrı dini icma nümayəndələrinin aksiyaya verdiyi qiymət onu sübüt edir ki, dini icmalar gündəmdə duran istənilən ictimai məsələlərlə bağlı zorakılıq və dövlətçilik prinsiplərini pozmaqla müşayiət olunan addımların əleyhinədirlər və aksiyanı pisləyiblər.

Həmçinin qeyd edilib ki, aksiyanın ölkəmizdə təşkil olunan “II Bakı Beynəlxalq Humanitar Forumu” kimi mühüm əhəmiyyətli beynəlxalq tədbir zamanı keçirilməsi təsadüfi deyil, ölkəyə gələn xarici qonaqların diqqətini cəlb etmək, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq məqsədini də daşıya bildiyi üçün hər bir vətənpərvər Azərbaycan vətəndaşı, o cümlədən dindar üçun qəbul olunmazdır. Bu məqam aksiyanın kənar qüvvələr tərəfindən istiqamətləndirildiyini də deməyə əsas verir.

Sualımıza cavab olaraq Dövlət Komitəsinin sözçüsü  Azərbaycanda hicabın sərbəst olmasını, məsələyə dair hansısa qadağanın olmamasını bildirib və  bu cür aksiyaların dini icmaların maraqlarını əks etdirmədiyini qeyd edib:

“Dini icmalar tərəfindən qaldırılan hər hansı problemlərlə bağlı Dövlət Komitəsi ilə vaxtaşırı görüşlər keçirilir, məsələlər sivil qaydada və dialoq şəklində müzakirə edilirək həll edilir”.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü