Modern.az

“Qiymətlər qalxanda bunun real səbəbi deyilmir” - Deputat

“Qiymətlər qalxanda bunun real səbəbi deyilmir” - Deputat

Parlament

2 İyul 2021, 12:26

Deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında pensiyalar haqqında danışıb.

 

Modern.az-ın xəbərinə görə, deputat gün biz pensiyaçıları düşünməyin vacibliyini vurğulayıb:

 

"Qiymətlər qalxır, qazın qiyməti də qalxıb”.

 

Deputat bildirib ki, qiymətlər qalxanda bunun real səbəbi deyilmir:

 

“Çalışırıq ki, bunu əsaslandıraq ki, sanki camaatın xeyrinədir. Adını qoyuruq ki, bu, idarəetmənin təkmilləşdirilməsi deməkdir. Amma hansı məqsədlə edilir edilsin, qiymət qalxırsa, xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkir. Buna görə də Milli Məclisin Sosial siyasət komitəsi bu məsələyə münasibət bildirməlidir. Mən də razıyam ki, bu tipli məsələlərə dair qiymətlər monopolist dövlət qurumları deyil, parlament tərəfindən müəyyənləşdirilməlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü