Modern.az

“Ermənistan təxribatlara və yalanlara əl atmağa davam edir” - Azay Quliyev

“Ermənistan təxribatlara və yalanlara əl atmağa davam edir” - Azay Quliyev

Parlament

3 İyul 2021, 12:31

"Ermənistanın ATƏT PA-dakı nümayəndə heyəti hər zaman olduğu kimi xülyalarla gerçəyi səhv salmağa, ən sevimli alətlərinə - təxribatlara və yalanlara əl atmağa davam edirlər."

 

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri Azay Quliyev deyib.

 

Deputat bildirib ki, Ermənistan nümayəndə heyətinin üzvü Hripsime Qriqoryan "Facebook" səhifəsində ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik üzrə Ümumi Komitəsinin dünənki iclasında Azərbaycan nümayəndə heyətini ATƏT-in Minsk qrupundan “üzr istəməyə məcbur etdiyini” “təntənəli” şəkildə elan edib. Halbuki bu adam çıxışında mənim Minsk qrupunu tənqid etdiyimi və onun fəaliyyətindən narazı qaldığımı özü qeyd edir (Çıxışla aşağıdakı linkdə tanış olmaq olar). (//infoteka24.ru/2021/07/02/84373/).

 

"Dünənki komitə iclasında etdiyim çıxışda ATƏT-in Minsk Qrupunun son onilliklərdəki fəaliyyətsizliyini və münaqişənin həllində heç bir rol oynamadığını tənqid etdim, lakin Minsk qrupunun həmsədrlik institutunun Noyabr bəyanatının icrası, kommunikasiyaların açılması, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz yerlərinə qayıtması, eləcə də Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması məqsədilə iki ölkə arasında dialoqa dəstəyin göstərilməsi də daxil olmaqla post-münaqişə dövründə görməli olduqları məsələləri xüsusi qeyd etdim. Həmçinin bildirdim ki, həmsədrlər Ermənistanın təşviq etdiyi köhnəlmiş və heç bir aktuallığı qalmayan fikirlərdən də imtina etməlidir.
 
Düşünürəm ki, maraqlanan hər kəs aşağıdakı keçiddən istifadə edərək bu iclasdakı çıxışımla tanış ola və Hripsime Qriqoryanın bəyanatının yalan və təxribatçı mahiyyətində əmin ola bilər:
 
 
Ancaq anlaşılan odur ki, İkinci Qarabağ savaşında düçar olduqları ağır məğlubiyyətdən nəticə çıxarmayan Paşinyan rejiminin nümayəndələri bu cür yalan və böhtanla özlərinə təsəlli verməyə və daxili ictimaiyyəti ovundurnağa ümid edirlər.
 
Olsun..."
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü