Modern.az

Müdafiə Nazirliyi: “Vaxtı çatanda bu barədə məlumat açıqlanacaq”

Müdafiə Nazirliyi: “Vaxtı  çatanda bu barədə məlumat açıqlanacaq”

18 Oktyabr 2012, 12:49

 

“Hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsi haqqında indidən danışmaq hələ ki tezdir”. Bu barədə Modern.az saytına Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib: “Vaxtı çatanda Müdafiə Nazirliyi bu barədə məlumat açıqlayacaq. Hələlik yalnız bunu deyə bilərəm”-deyə MN rəsmisi vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Modern.az-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirmişdi ki, “Hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsi haqqında” sənəd artıq hazırdır və hökumət strukturlarından 6-dan 4-ü buna müsbət rəy verib:
“Hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsi mənim təklifimdir. Bunu ən çox mən təklif etmişəm ki, zabitlər dövlət qulluqçusu statusu alaraq, bir sıra üstünlüklər əldə etsinlər”.
Millət vəkili onu da qeyd edib ki, sənəd hazır olsa da,  Müdafiə Nazirliyi hələ ki ona rəy bildirməyib. 

Nihadə Eyyubova  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü